• $
  • €
  • ₽
  • ₺
  • £

KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək

KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək
08.05.2023 23:28
Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Xatırladaq ki, 31 may - 2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi ("TransLogistica”) keçiriləcək. Sərgidə avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı, yükdaşıma, logistika, kuryer vasitəsilə çatdırılma sahələrində fəaliyyət göstərən dövlət və özəl qurumların xidmətləri, müxtəlif nəqliyyat vasitələri, qoşqular, avadanlıqlar, anbar və məlumatlandırma sistemləri və s. nümayiş olunacaq. Tədbir nəqliyyat və logistika sahələrində yeni texnologiyaların və məhsulların sərgilənməsi, satış imkanlarını genişləndirmək və yeni satış kanalları tapmaq, təcrübə mübadiləsi üçün geniş imkanlar yaradacaq.

Nəqliyyat sektorunda çoxlu sayda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi nəzərə alınaraq onların məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi məqsədilə "TransLogistica” sərgisində KOB-ların iştirakına dəstək göstəriləcək. Bu məqsədlə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına sərgidə KOB-ların məhsul və xidmətlərinin təqdim olunacağı xüsusi stend qurulacaq.

Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar mayın 19-na qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq ("İştirak etmək istədiyiniz tədbir” bölümündə "TransLogistica” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilər: https://bit.ly/44G0Wiq

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol