• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu-2023” baş tutdu

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu-2023” baş tutdu
09.05.2023 13:13
Lider mobil operator yarışın qaliblərini mükafatlandırdı

May ayının 7-si Heydər Əliyev Fondunun təşəbbüsü və "Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu – 2023” baş tutdu. 19500 idmansevər "Küləyə qalib gəl” şüarı altında həyata keçən, start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olan bu yarışa qatıldı. Həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən marafonçuları bir araya gətirən tədbirdə yarışçılar 21 kilometr məsafəni qət etdi.


Azercell-in dəstəyilə keçirilən marafonda rəqəmsal xronometrdən (timekeeper) istifadə olunub. Marafonçuların nişan nömrələrinə yerləşdirilmiş bu xüsusi mikroçiplər nəticələrin maksimal dəqiqliyini təmin edərək onların dərhal qeydə alınmasını mümkün edib.


Azercell idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə 2017-ci ildən etibarən bu mötəbər tədbirə tərəfdaşlıq edir. Ənənəvi olaraq bu il də təşkil edilən marafona "Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatıldı.
"Azercell Telekom” azərbaycanlı qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Mobil operator finiş xəttini keçən ilk üç qadın və üç kişi atletə mobil telefon hədiyyə etdi. Ənənəyə sadiq qalaraq tədbirin tələbə iştirakçıları da diqqət mərkəzində oldu. Azercell qalib tələbələrə (bir qadın və 1 kişi olmaqla) 010 prefiksli gözəl nömrə, 5GB İnternet, 6 aylıq pulsuz istifadə müddəti olan "GəncOl” tarif paketi və çanta təqdim etdi. Digər marafonçulara da şirkət tərəfindən xüsusi hədiyyələr verildi.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol