• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” dan yeni xidmət: “İmzalı zəng”

“Nar” dan yeni xidmət: “İmzalı zəng”
12.05.2023 12:53
"Nar”, abunəçiləri üçün zənglərə şəxsi imzasını qoymağa imkanı verən yeni "İmzalı zəng” xidmətini təqdim edib. Belə ki, sizin zənginizi qəbul edən şəxs nömrəniz ilə yanaşı, təyin etdiyiniz mətni yəni, imzanızı da görə bilir. Beləliklə, kim olduğunuz və nə üçün zəng etdiyiniz dərhal anlaşılır. 

"İmzalı zəng” xidmətinə qoşulmaq üçün abunəçilər 5111 nömrəsinə SMS vasitəsilə START yaza və ya *511#YES şifrəsini yığıb açılan meynuda 1 yazaraq abunəliklərini təsdiqləyə bilərlər. 

Korporativ tariflər üçün "İmzalı zəng” xidmətinin aylıq abunə haqqı 1,99 AZN, öncədən ödənişli tariflər üçün isə gündəlik istifadə haqqı 0,10 AZN təşkil edir. Həmçinin, qeyd edilən xidməti sınaq müddətində yoxlamaq imkanı da var: korporativ abunəçilər 30 gün, fərdi istifadəçilər isə 3 gün pulsuz istifadə edə bilərlər.  "İmzalı zəng” xidməti haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

"Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinə hər zaman innovativ xidmətlər təqdim edir. Mobil operatorun bütün məhsulları haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz. 

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol