• $
  • €
  • ₽
  • ₺
  • £

“Campbell Biologiya” kitabının BDU-da və ADPU-da təqdimatı keçirildi

“Campbell Biologiya” kitabının BDU-da və ADPU-da təqdimatı keçirildi
12.05.2023 12:57
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, Qırmızı Ürəklər (Red Hearts) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək sosial aksiya həyata keçirdi. Bununla bağlı Bakı Dövlət Universitetində (BDU) və Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) "Campbell Biologiya” kitabının təqdimat tədbiri baş tutdu. 

Tədbir zamanı universitetlərin elmi kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur "Campbell Biologiya” kitabı təqdim edildi. Qırmızı Ürəklər Fondunun tərəfdaşı olan "Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi”nin və "Yurt Center”in dəstəyi ilə tərcümə edilən və fond tərəfindən nəşr olunan "Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər. 

Tədbirdə Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, "Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov, BDU-nun Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova,  ADPU-nun Tədris departamentinin direktoru Sənan Əliyev, ADPU-nun Kimya və biologiya fakültəsində dekanı Reyhan Ağayeva və digərləri çıxış etdilər. 

"Fondun bu təşəbbüsü dünyanın qabaqcıl universitetlərində tədris olunan bu kitabı Azərbaycan elminə qazandırmaqdır. Məqsəd bu kitablar vasitəsilə təhsil keyfiyyətinin yuxarı qalxmasını dəstək göstərməkdir. Layihə çərçivəsində kitabın Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. "Campbell Biologiya” indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici haldır ki, bizim tələbələrimiz, elm ictimaiyyəti biologiya sahəsində olan biliklərə ana dilimizdə yiyələnə biləcək, bu onlar üçün daha əlçatan olacaq. Əminəm ki, kitab ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda gətirəcək, bioloqların stolüstü kitabına çevriləcək”, - deyə, "Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi. 

"Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol