• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP ilə Aİ və Türkiyəyə 45 milyard qaz ixrac edilib

TANAP ilə Aİ və Türkiyəyə 45 milyard qaz ixrac edilib
12.05.2023 15:40
Türkiyə və Avropa İttfaqı ölkələri Cənub Qaz Dəhlizi-i (CQD) ilə ümumilikdə təxminən 45 milyard kubmetr  qaz əldə edib.  Bunu "SOCAR Turkiye Enerji” şirkətinin baş direktoru Elçin İbadov bildirib.

"2018-ci il iyunun 30-dan etibarən TANAP qaz boru kəməri  vasitəsilə Türkiyəyə 21,5 milyard kubmetrdən çox  qaz ixrac edilib. İndiyədək  Avropaya 23,3 milyard kubmetr qaz çatdırılıb. Beləliklə, ümumilikdə, TANAP və TAP  vasitəsilə təxminən 45 milyard kubmetr Azərbaycan  qazı  ixrac edilib", - İbadov cümə günü İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyənin Qara dəniz şelfində böyük qaz ehtiyatlarının aşkar edilməsi bu ölkənin iqtisadiyyatına töhfə verəcək və eyni zamanda, gələcəkdə TANAP qaz kəmərinin səmərəliliyini artıracaq. 

"Türkiyə 2016-cı ildən başlayaraq 7 ildir ki, daxili mənbələrdən qaz təchizatının səviyyəsinin artırılması istiqamətində məqsədyönlü işlər aparır. Söhbət yeni LNG stansiyalarının, qaz anbarlarının tikintisindən və yeni qaz xətlərinin çəkilməsindən gedir. Bu, eyni zamanda, TANAP qaz kəmərinin potensialından daha səmərəli istifadə etməyə imkan verəcək. İndi iki ölkə arasında TANAP-ın imkanlarının genişləndirilməsi  ilə bağlı işlər aparılır və ümid edirik ki, bu məsələ milli müqaviləyə uyğun olaraq razılaşdırılıb həll olunacaq. Hər iki dövlətin maraqlarıdır”, -  o əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə  2018-ci il mayın 29-da "Cənub Qaz Dəhlizi” layihəsinin icrasına başlayıb. Layihənin dəyəri 33 milyard dollar təşkil edib.

CQD layihəsinə Şahdəniz layihəsinin Mərhələ-2, Cənubi Qafqaz Boru Kəmərinin Bakı-Gürcüstan-Türkiyə sərhədinin genişləndirilməsi, şərqdən qərb sərhəddinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi ,Türkiyə və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik qaz kəməri (TAP) daxildir.

Cənub Qaz Dəhlizi vasitəsilə ümumi qaz tədarükü ildə 16 milyard kubmetr qiymətləndirilir ki, bunun da 10 milyard kubmetri Avropaya, digər 6 milyard kubmetri isə Türkiyənin qərb bölgələrinə verilir. Türkiyəyə çatdırılma 2018-ci ilin yayında başlayıb.

Azərbaycan qazının "Şahdəniz” yatağından İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya tədarükü 2020-ci il  dekabrın 31-dən  başlayıb. Avropaya hər il 10 milyard kubmetr qaz   Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə həyata keçirilir.

Hazırda Cənub Qaz Dəhlizinin imkanlarının 2 dəfə genişləndirilməsi müzakirə olunur.

2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol