• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın investisiya potensialı Əbu-Dabidə təqdim olunub - FOTO

Azərbaycanın investisiya potensialı Əbu-Dabidə təqdim olunub - FOTO
12.05.2023 19:12
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində 12-ci İllik İnvestisiya Toplantısı (Annual Investment Meeting – AİM) keçirilib.

Toplantı çərçivəsində Azərbaycanın investisiya imkanlarına dair təqdimat keçirilib.

Rəsmi şəxslərin, iş adamları və investorların iştirak etdiyi Azərbaycanın ölkə təqdimatında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Ələt Azad İqtisadi Zonasının nümayəndələri tərəfindən ölkəmizin investisiya imkanları, sahibkarlara dəstək göstərən qurumların fəaliyyəti, iqtisadi zonalarda yaradılmış əlverişli şərait və turizm potensialına dair məlumat verilib.

Eyni zamanda, Azərbaycan sözügedən toplantı çərçivəsində təşkil olunmuş sərgidə "Invest in Azerbaijan" stendi ilə təmsil olunub.
 
AZPROMO və KOBİA-nın birgə təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Ölkə stendimizdə həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, Ələt Azad İqtisadi Zonasında yaradılmış imkanlar, Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin turizm potensialı təqdim edilib.

2011-ci ildən etibarən hər il keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, iş adamlarını, investorları bir araya gətirən İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol