• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici valyuta alış-satışı əməliyyatları azalıb

Xarici valyuta alış-satışı əməliyyatları azalıb
16.05.2023 18:24
2023-cü ilin yanvar-martında Azərbaycanda banklar ümumilikdə 971 milyon ABŞ dolları məbləğində nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar həyata keçirib ki, bu da 2022-ci ilin birinci rübü ilə müqayisədə 19,7% azdır.

"Hesabat dövründə bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlarının həcmi 971 milyon ABŞ dolları təşkil edib ki, bunun da 83,1 faizi ABŞ dollarının payına düşüb", - Mərkəzi Bankdan bildirilib.

Mərkəzi Bank qeyd edib ki, 2023-cü ilin birinci rübündə xarici valyuta satışı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 dəfə azalıb.

Mərkəzi Bank vurğulayıb ki, yanvar-mart aylarında Azərbaycanın nağdsız valyuta bazarının həcmi dollar ifadəsində 6,8 milyard təşkil edib. Bu 2022-ci ilin dördüncü rübü ilə müqayisədə 8% azdır.  "Valyuta bazarında aparılan əməliyyatların 80,6 faizi dolların, 19,4 faizi isə digər valyutaların payına düşüb", - Mərkəzi Bankdan bildirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, nağdsız valyuta əməliyyatlarının 21,3 faizi banklararası valyuta bazarında, 78,7 faizi isə bankdaxili valyuta bazarında aparılıb.

Birinci rüb ərzində banklararası valyuta bazarında əməliyyatların 98%-i ABŞ dolları ilə aparılıb. "Hesabat dövründə əməliyyatların həcmi 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 35% azalaraq 1,4 milyard dollar ekvivalentində olub. Banklararası valyuta bazarında valyuta əməliyyatlarının dövriyyəsi əsasən Bloomberg platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. ”, bank qeyd edir.

Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının həcmi 5,3 milyard ABŞ dolları (artım 3,4%) ekvivalentində olub ki, bunun da 76 faizi ABŞ dolları ilə aparılıb. Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının 93,2 faizi hüquqi şəxslərlə aparılan əməliyyatların payına düşüb.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol