• $
  • €
  • ₽
  • ₺
  • £

EBRD Azərbaycanla yükdaşımalar sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

EBRD Azərbaycanla yükdaşımalar sahəsində əməkdaşlığa dair sənəd imzalayıb
16.05.2023 21:55
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sənəd Özbəkistanın Səmərqənd şəhərində keçirilən EBRD-nin Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində imzalanıb.

Toplantıda Azərbaycanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində Azərbaycanın investisiya imkanlarının təqdimatına dair sessiya keçirilib.Sessiyada ölkəmizin biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, bərpa olunan və "yaşıl” enerji, nəqliyyat-tranzit potensialı barədə məlumat verilib.

Elnur Əliyev çıxışında ölkəmizin milli prioritetləri, həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizə qayıdışla bağlı Milli Prioritet çərçivəsində "ağıllı” konsepsiyalar əsasında yeni şəhərlər, kəndlər tikilir, infrastruktura investisiyalar yatırılır. "Yaşıl” enerji məkanı elan edilən bu ərazilərə yatırılan investisiyalara vergi və gömrük güzəştləri tətbiq olunur.

Azərbaycanda xarici investorlar üçün yaradılan əlverişli imkanlar barədə məlumat verən nazirin birinci müavini bildirib ki: "Azərbaycan Orta Dəhlizin əsas iştirakçısı kimi əməkdaşlığın əhatə dairəsini genişləndirmək üçün infrastruktura böyük sərmayə qoyub. Hazırda Azərbaycanın Xəzər dənizində böyük donanması var. Ələt Azad İqtisadi Zonası müasir limanlara və böyük nəqliyyat dəhlizlərinə əlçatanlığı ilə xarici investisiyalara açıqdır. Ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat-tranzit, enerji resursları və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.

Tədbirdə bildirilib ki, Azərbaycanda 2-si işğaldan azad edilmiş ərazilərimizdə olmaqla 7 sənaye parkı fəaliyyət göstərir. İnvestorlar üçün zəruri infrastrukturun yaradıldığı bu sənaye parklarında vergi və gömrük stimulları tətbiq edilir.

Əlavə edilib ki, Azərbaycan və Özbəkistan tərəfindən birgə investisiya fondu yaradılıb. Bu, Azərbaycan və Özbəkistanda birgə layihələrin maliyyələşdirilməsinə yeni imkanlar yaradır.

Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev, "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, dövlət müəssisələrinin idarə edilməsi, Azərbaycanın bərpa olunan və "yaşıl” enerji imkanları, bu istiqamətdə icra edilən layihələr, qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər barədə iştirakçıları məlumatlandırıblar.

Sessiya çərçivəsində Azərbaycanın investisiya imkanları barədə müzakirə aparılıb, suallar cavablandırılıb.

Tədbirdə AYİB ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol