• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda büdcə gəlirlərinin proqnozlaşdırılması qaydası dəyişib

Azərbaycanda büdcə gəlirlərinin proqnozlaşdırılması qaydası dəyişib
17.05.2023 18:56
Nazirlər Kabineti 10 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu Qaydanın məqsədləri üçün vergi inzibatçılığı dedikdə vergilərin dövlət büdcəsinə tam və vaxtında yığılmasını təmin etmək məqsədilə vergi orqanları tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlbetmə, vergilər üzrə borcların alınması və artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı həyata keçirilən tədbirlər başa düşülür.

Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmaları (azalmalar) beynəlxalq təcrübə nəzərə alınmaqla, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il protokolla təsdiq edərək proqnozlaşdırır.

"Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasının daha da təkmilləşdirilməsi üçün bir sıra dünya ölkələrinin mövcud təcrübələri nəzərə alınaraq əlavələr edilibr. Hər bir tədiyə növü üzrə daxilolmaların hesablanması üçün metodlar ətraflı təsvir edilib, həmçinin Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan əlavə və dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmaların dövlət büdcəsinin gəlirlərinin proqnozunda nəzərə alınması barədə müddəalar öz əksini tapıb", - deyə Nazirlər Kabinetinin açıqlamasında qeyd olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol