• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Valyuta Fondu Azərbaycanı tərk edir –QƏRAR

Beynəlxalq Valyuta Fondu Azərbaycanı tərk edir –QƏRAR
18.05.2023 17:41
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqda qərar qəbul edib. Bu barədə Apa agentliyi yazıb. 

Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycan Respublikasının maliyyə nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir.

Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentin rəhbəri Cihad Azurun məktubunda qeyd olunur ki, ofisin bağlanması BVF-nin Azərbaycanla əlaqələrini zəiflətməyəcək, Azərbaycanın inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini müzakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək və zərurət yarandıqda texniki yardım göstərəcək.

Azərbaycan Respublikası BVF-yə 1992-ci ilin 18 sentyabrından üzv qəbul olunub.

1993-cü ildən 2009-cu ilədək Azərbaycanda BVF-nin rezident nümayəndəliyi fəaliyyət göstərib.

Bundan sonra BVF Azərbaycandakı fəaliyyətini daha aşağı statuslu yerli əlaqələndirici vasitəsilə həyata keçirib.

2005-ci ildən Azərbaycanın BVF ilə əməkdaçlığı yalnız məsləhətləşmələr formatında həyata keçirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol