• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank korporativ internet bankçılıq üzrə MDB-nin ən yaxşı bankları siyahısındadır

Unibank korporativ internet bankçılıq üzrə MDB-nin ən yaxşı bankları siyahısındadır
19.05.2023 11:51
Unibank "İnternet bankçılıq” nominasiyası üzrə Azərbaycan bankları arasında 2-ci yerə çıxıb. Bu qərar "SME Banking Club” beynəlxalq platformasının "Business Online Banking -2023” araşdırmasının nəticələrinə əsasən verilib. Araşdırma zamanı "Unibank”ın internet bankçılıq xidməti ekspertlər tərəfindən həm də MDB və Qafqazda biznes üçün 10 ən yaxşı internet bankçılıq xidmətindən biri elan edilib. SME Banking Club-un açıqlamasına görə, bölgənin 2023-cü il üzrə TOP-20 ən yaxşı internet bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Araşdırma bazar şəraiti, internet bankçılıq trendləri, ən yaxşı təcrübələr, internet bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və digər istiqamətlər üzrə aparılıb. Araşdırma zamanı Şərqi Avropa,  Qafqaz və Mərkəzi Asiyada 50-dən artıq bankın bu istiqamətdə xidmətləri 120 parametr üzrə təhlil edilib. 


Unibankın internet bankçılıq  xidməti müştəriyə bir çox üstünlüklər verir. Biznes sahibi bu xidmətə onlayn qoşulmaqla, banka gəlmədən öz hesabı ilə bağlı çoxsaylı əməliyyatlar həyata keçirə, konvertasiya əməliyyatları edə, istənilən vaxt pulsuz olaraq bank hesablarına nəzarət edə, ölkədaxili və ölkəxarici ödənişlər apara, bütün işçilərinin əməkhaqlarının köçürülməsini birdəfəyə həyata keçirə və digər xidmətlərdən faydalana bilər.


Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir.Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.


"Unibank”ın biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, "Nərimanov”, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”, eləcə də "Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.


Unibank- Sənin Bankın!



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol