• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank “İlin partnyoru” seçilib

Unibank “İlin partnyoru” seçilib
26.05.2023 12:29
Unibank həyata keçirdiyi uğurlu layihələrə görə, Compass Plus Tecnologies tərəfindən iki nominasiya üzrə qalib seçilib. Beynəlxalq şirkət "Unibank”ı  "İlin partnyoru-2023” və "Biznesin intensiv inkişafı və innovativ layihələrin uğurla həyata keçirilməsinə görə ambisiya və innovasiya” nominasiyaları üzrə mükafatlandırıb.
 
Beynəlxalq şirkət kimi 30 ildən artıq müddətdə banklar və kart prosessinq mərkəzləri üçün innovativ həllər yaradan Compass Plus,  "Unibank”la 2021-ci ildən əməkdaşlıq edir. Bankın Kart Prosessinq Mərkəzi Compass Plus tərəfindən yaradılan ən son standartlara uyğun TranzAxis prosessinq sisteminə uğurla keçid edib. Bu əməkdaşlığın nəticəsi olaraq,  Apple Pay, Google Pay, Garmin Pay - Token ilə ödənişlərin Azərbaycan bankları arasında ən birincilər sırasında reallaşdırılması, Leobank layihəsi, multivalyutalı UCard-ın buraxılması və digər çox vacib layihələr həyata keçirilib. 

Müasir innovativ tələblərə cavab verən  TranzAxis prosessinq sisteminə keçid bankın kart sayının və kartlar üzrə əməliyyatların da dəfələrlə artmasına imkan yaradıb. Son iki ildə bankın kart sayı 3 dəfədən çox artaraq 2 milyona yaxınlaşıb. Unibank kartları üzrə əməliyyatların sayı da bu müddətdə 11 dəfədən çox artaraq, 20 milyona çatmaqdadır. Yeni sistemə keçid bankın bankomat və pos-terminallarının sayına, eləcə də onların fəaliyyət effektivliyinin dəfələrlə artmasına səbəb olub. 

Hazırda Unibank kartlarına bankın öz Prosessinq Mərkəzi tərəfindən xidmət olunur. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması son illərdə ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv prosesin təminatına şərait yaradıb.
 
Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan verir. Kartlara bankın öz prosessinq mərkəzi tərəfindən xidmət olunması nəticəsində müştərilərin istəkləri, xidmətlərə rahat çıxışı qısa müddət ərzində təmin edir. Prosessinq Mərkəzi tərəfindən həyata keçirilən layihələr sırasında yeni nəsil UTM aparatlarının uğurla inteqrasiya olunması, bu bankomatlarda mədaxil-məxaric imkanlarının dəfələrlə asanlaşdırılması və müştəriyönümlü olması Unibank kart sahibləri tərəfindən razılıqla və maraqla qarşılanıb. "Unibank”ın Kart Prosessinq Mərkəzi, bankın kartlarına operativ xidmətin daha da yüksəldilməsi, əlavə imkanların yaradılması istiqamətində yeni layihələr üzərində işləyir. 

Unibank- Sənin Bankın!







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol