• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF-dən büdcəyə transfertlər artırılır

ARDNF-dən büdcəyə transfertlər artırılır
30.05.2023 15:19
2023-cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyard 737,7 milyon manatı Dövlət Neft Fondundan (ARDNF) transfertin payına düşəcək. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, bu, təsdiq olunmuş proqnozla müqayisədə 457,7 milyon manat və yaxud 4,05 % çoxdur.
 
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilib.
 
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb. Bu da 2021-ci ildən 30% azdır.
 
Maliyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft və qaz sektorundan  gəlirləri 15 milyard 278,8 milyon manat (proqnozun 111,8 faizi, 2021-ci illə müqayisədə 2 milyard 418,8 milyon manat və ya 18,8% artım) təşkil edib. 


Neft və qaz gəlirləri 15 milyard 381,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 155,8 milyon manat və ya 1% azdır.


2022-ci ilin dördüncü rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 259,1 milyon manat təşkil edib.


2022-ci il dövlət büdcəsinin xərcləri 32 milyard 63,3 milyon manat və ya proqnozun 99,3 faizini təşkil edib. 2021-ci illə müqayisədə xərclər 4 milyard 640,9 milyon manat və ya 16,9 faiz artıb.


Sosial xərclər 11 milyard 577,1 milyon manat (2021-ci illə müqayisədə 1 milyard 280,4 milyon manat və ya 12,4 faiz artım) olub.


2022-ci il dövlət büdcəsinin cari xərcləri 17 milyard 739,9 milyon manat (artım 1 milyard 151,5 milyon manat və ya 6,9 faiz), əsaslı xərclər 12 milyard 533 milyon manat (artım 3 milyard 897,8 milyon manat və ya 45 faiz) təşkil edib. 1 faiz, dövlət borcuna və öhdəliklərinə xidmət üzrə 1 milyard 790,4 milyon manat (azalma 408,4 milyon manat və ya 18,6 faiz) təşkil edib.


Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə dövlət büdcəsi kəsirinin ödənilməsi üçün 259,7 milyon manat məbləğində kreditlər cəlb edilib, 976,3 milyon manat dövlət borclanması, 115,4 milyon manatı özəlləşdirmə gəlirləri, qalanı isə digər mənbələr hesabına təmin edilib. 
 
Aytac 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol