• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan və Serbiyaya qaz ixracına 2023-cü ilin sonuna kimi başlanılacaq - Əliyev

Macarıstan və Serbiyaya qaz ixracına  2023-cü ilin sonuna kimi başlanılacaq - Əliyev
31.05.2023 16:02
Azərbaycan bu ilin sonuna kimi Macarıstan və Serbiyaya qaz nəqlinə başlayacağını gözləyir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. 

"İndi biz Bolqarıstana qaz ixracı imkanlarını  qiymətləndiririk və əminəm ki, yaxın vaxtlarda bu ölkə ilə qonşu olan dövlətlərə qaz  ixrac etməyə  başlayacağıq... Əgər hər şey qrafikə uyğun getsə yenidən və bütün planlaşdırılan interkonnektorlar vaxtında tikilsə, ilin sonuna qədər qazımız Macarıstan və Serbiyaya nəql oluna biləcək”, -  Əliyev çərşənbə günü 28-ci Xəzər Neft və Qaz Beynəlxalq Sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Avropaya qaz nəqlini artırır. O cümlədən, 2021-ci ildə Avropaya qaz nəqli təxminən 8 milyard kubmetr təşkil edirdisə, bu il  12 milyard kubmetrə çatacaq.

Əliyev əlavə edib ki, Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ən azı 20 milyard kubmetrə çatdırmaq potensialı var.

Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracna başlayıb. Hazırda Azərbaycan qazı Avropada İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyaya ixrac edilir. 
 
N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol