• $
  • €
  • ₽
  • ₺
  • £

2024-cü ildə AÇG dərin laylarından qaz hasilatına başlanlacaq - Əliyev

2024-cü ildə AÇG  dərin laylarından qaz hasilatına başlanlacaq - Əliyev
31.05.2023 16:30
"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun dərin laylarından (deep gas) qaz hasilatı 2024-cü ilin sonuna planlaşdırılır. Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Əgər hər şey planımıza uyğun getsə, gələn ilin sonunadək biz ilk qaz hasilatına (ACG dərin sulu, - red) başlayacağıq. Yaxın gələcəkdə, hətta  çox tezliklə" Abşeron yatağından qaz hasilatına başlayacaqğımızla  bağlı şad xəbər eşidəcəyimizə ümidliyik" , -  Əliyev  çərşənbə günü 28-ci Beynəlxalq Xəzər Neft və Qaz  sərgisinin açılış mərasimində bildirib. 

Hhazırda AÇG-in dərin sulu hissəsində  qaz ehtiyatları 300 milyard kubmetr həcmində  proqnozlaşdırılır.

"Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu yatağının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%).

Yeni saziş çərçivəsində investisiyalar 2050-ci ilə qədər olan dövr üçün 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olması planlaşdırılır.

AÇG hazırda Azərbaycanın ən böyük neft yatağıdır, ölkənin neft hasilatının 2/3 hissəsini təmin edir.

"Abşeron” yatağının işlənməsi SOCAR Abşeron (50%) və TOTAL E&P Absheron (50%) tərəfindən yaradılmış Birgə Abşeron Petroleum Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kvadrat kilometrdir. 

Abşeron bloku Bakıdan 100 km aralıda, 500 metr dərinlikdə yerləşir. 2019-cu ildə SOCAR və TOTAL şirkəti "Abşeron” yatağında dərinliyi 7411 metr olan "ABD-001” istismar-qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Yatağın ehtiyatları 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.

Birinci mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə çərçivəsində  ildə təxminən 5 milyard kubmetr qaz hasil etmək nəzərdə tutulub.  Yataqdan həmçinin gündəlik təxminən 10 000 barel kondensat hasil ediləcəyi də nəzərdə tutulub. 
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol