• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda proqnozlaşdırılan qaz ehtiyatları 4 trilyon kubmetrdir – Şahbazov

Azərbaycanda proqnozlaşdırılan qaz ehtiyatları 4 trilyon kubmetrdir – Şahbazov
01.06.2023 11:09
2023-cü ildə Azərbaycandan qaz ixracı 24 milyard kubmetrdən çox  olacaq ki,  bunun da yarısı Avropaya göndəriləcək. Bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib. 

NAzirin sözlərinə görə, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və Həmrəylik Halqası layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qazını alan ölkələrin sayı 6-dan 10-a yüksələcək.

Nazir vurğulayıb ki, hazırda Azərbaycan əlavə qaz həcmlərinin əldə edilməsi üzərində işləyir və bununla bağlı bir neçə mənbə nəzərdən keçirilir.

"Əsas mənbə zəngin qaz ehtiyatlarıdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, təsdiq edilmiş 1,7 trilyon kubmetr, proqnozlaşdırılan təxminən 4 trilyon kubmetr həcmində qiymətləndirilir”, -  o bildirib.

Şahbazovun sözlərinə görə, qısa və ortamüddətli perspektivdə Azərbaycanda bir sıra yeni yataqların, o cümlədən Abşeron, Qarabağ, Ümid-Babək (2-ci mərhələ) və Azəri-Çıraq-Dərin qaz anbarlarının istismara verilməsi planlaşdırılır. "Günəşli” yataqlar bloku "tərəfdaşlarımıza əlavə həcmdə qaz ixrac etməyə” imkan verəcək.


Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna kimi Azərbaycanda proqnozlaşdırılan qaz ehtiyatları 4 trilyon kubmetrə yaxın qiymətləndirilir. – Şahbazov

Energetika naziri Pərviz Şahbazov bildirib ki, 2023-cü ildə Azərbaycandan qaz ixracı 24 milyard kubmetri keçəcək ki, bunun da yarısı Avropaya göndəriləcək.

Şahbazov cümə axşamı Bakı Enerji Forumunda çıxış edərək qeyd edib ki, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və Həmrəylik Halqası layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qazını alan ölkələrin sayı 6-dan 10-a yüksələcək.

Nazir vurğulayıb ki, hazırda Azərbaycan əlavə qaz həcmlərinin əldə edilməsi üzərində işləyir və bununla bağlı bir neçə mənbə nəzərdən keçirilir.

"Əsas mənbə zəngin qaz ehtiyatlarıdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, təsdiq edilmiş 1,7 trilyon kubmetr, proqnozlaşdırılan təxminən 4 trilyon kubmetr həcmində qiymətləndirilir”, - deyə o bildirib.

Şahbazovun sözlərinə görə, qısa və ortamüddətli perspektivdə Azərbaycanda bir sıra yeni yataqların, o cümlədən Abşeron, Qarabağ, Ümid-Babək (2-ci mərhələ) və Azəri-Çıraq-Dərin qaz anbarlarının istismara verilməsi planlaşdırılır. "Günəşli” yataqlar bloku "tərəfdaşlarımıza əlavə həcmdə qaz ixrac etməyə” imkan verəcək.

Forumda çıxış edən Avropa Komissiyasının (AK) nümayəndəsi Kristina Lobillo Borrero bildirib ki, 2022-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 40% artacaq.

"Azərbaycan Aİ-nin mühüm təbii qaz təchizatçılarından biridir", - o vurğulayıb.

Əvvəllər xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə (+39%) çatıb.

Azərbaycan Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə tədarükün həcmi 8 milyard kubmetri ötübsə, 2023-cü ildə təqribən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilə qədər tədarüklərin həcmi ildə ən azı 20 milyard kubmetrə çatacaq.

Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna qədər Azərbaycan qazı tədarük edə bilər.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol