• $
  • €
  • ₽
  • ₺
  • £

“Unicapital” İnvestisiya Şirkəti ötən ilin maliyyə nəticələrini elan edib

“Unicapital” İnvestisiya Şirkəti ötən ilin maliyyə nəticələrini elan edib
01.06.2023 12:30
"Unicapital İ.Ş.” ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb. Açıqlamaya əsasən, nəticələr üzrə illik gəlir 2.6 milyon manat olub. Əldə olunan gəlirin əsas hissəsi şirkətin müəyyən etdiyi strateji inkişaf istiqamətlərinə uyğun olaraq risklərin idarə edilməsi, satış kanallarının inkişaf etdirilməsi və yeni rəqəmsal məhsulların yaradılmasına yönləndirilib.

Bunun nəticəsində şirkətin cəmi aktivləri əvvəlki dövrlə müqayisədə 79% artaraq, 18.4 milyon manat təşkil edib və ilin yekunları üzrə 406.9 min manat mənfəət əldə edilib.
Şirkətin dayanıqlılığının əsas göstəricilərindən olan kapital adekvatlığı əmsalı normativdən 3 dəfə artıq olub.

Kapitalın effektivliyini ifadə edən ROE 27%-in üzərində təşkil edib ki, bu da öz növbəsində yüksək əməliyyat və mənfəətlilik göstəricisidir.
Həmçinin, 2022-ci ildə əldə edilmiş texnoloji nailiyyətlər nəticəsində 20 000+ alətlə, 20-dən çox bazarda onlayn qaydada investisiya etmək imkanı verən, ilk Azərbaycan dilli vahid ticarət platforması olan "UTrader” istifadəyə verilib.
 
Müasir və innovativ yeniliklərin vəhdətində böyüyən şirkətdə işçi sayı ötən ilə nisbətdə 40%, qeyri-maddi aktivlərin həcmi isə təqribən 5 dəfə artıb, müştəri sayı  600 000-ə çatıb.
 
2022-ci ilin yekunu üzrə şirkətin məcmu kapitalı ödənilmiş dividentləri nəzərə almaqla (800 000 manat) 1.5 milyon manat təşkil edib.
 
                                           
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol