• $
  • €
  • ₽
  • ₺
  • £

ADY yük daşımalarının illik həcm proqnozunu açıqlayıb

ADY yük daşımalarının illik həcm proqnozunu açıqlayıb
02.06.2023 12:08
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC yük daşımalarının illik həcmini 20 milyon tona çatdırmaq istəyir. Bunu ADY-nin sədrinin müşaviri Emil Məmmədov bildirib.

"2022-ci ilin iyununda yükdaşımalarla bağlı müştərilər arasında sorğu keçirilib. Əsas problemlər daşıma müddəti və tariflərlə bağlı olub. Bu rəqəmin ilin sonuna kimi 15 günə endirilməsi ilə bağlı işlər aparılır. Tərəfdaşlarla aparılan danışıqlar əsasında fiks tarifin müəyyən edilməsinə nail olmuşuq. Daha sistematik qiymət siyasətinin və tarif formalaşması üzərində işlər aparılır", - ADY rəsmisi vurğulayıb.

"Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2022-ci ildə 2021-ci ilə nisbətən yarım milyon tondan çox artımla yük daşıyıb.
 
2022-ci ildə  Orta Dəhliz (TransXəzər Beynəlxalq Nəlqiyyat Dəhlizi) marşrutu üzrə 3,9 milyon ton yük daşıyıb.

Belə ki, 2022-ci ildə yükdaşıma həcminin artımı ilə bağlı tranzit daşımaları 2,9 mln ton artaraq 7,5 mln ton, ümumi daşıma 3,7 mln ton artaraq 18,7 mln ton təşkil edib.
 
2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3.9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artaraq 2.9 milyon ton olub. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90 % artım qeydə alınıb.Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 % təşkil edib.

2017-2022-ci illərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 milyon 347 min 585 ton, təkcə ötən il isə 432 min 284 ton yük daşınıb.

Ötən il daşınmış yüklərin 7,5 milyon tonu tranzit daşımaları olub. Bu isə əvvəlki ilə nisbətən 63 % çoxdur.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol