• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bu ilin sonundan Macarıstana təbii qaz ixracına başlayır

Azərbaycan bu ilin sonundan Macarıstana təbii qaz ixracına başlayır
02.06.2023 22:53

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın "MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb.

SOCAR-dan  bildirilib ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən və Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb.

Görüş çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, ötən ilin dekabrında Buxarestdə imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, habelə cari ilin aprel ayında "Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin təbii qaz ticarəti, maye təbii qaz (LNG) təchizatı, qaz anbarlarının istifadəsi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan "MVM CEEnergy Zrt.” arasında 100 milyon m3 həcmində təbii qazın satışına dair müqavilə imzalanıb.
 
Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol