• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Mərkəzi Bankın səlahiyyətləri artırılır
06.06.2023 14:35
Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik təklif edilib. Təklif edilən 6.2-ci maddəyə əsasən Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulan hal (Mərkəzi Bank müflis elan oluna bilməz. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir) istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil.
 
Dəyişikliyə əsasən, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər Mərkəzi Bankın fəaliyyəti üzərində monitorinq  həyata keçirə bilməz.
 
Bank eksperti Əkrəm Həsənovun sözlərinə görə, bu qərar birbaşa Mərkəzi Bankın səlahiyyətləri ilə bağlıdır.
  qanun
"Burada heç bir yenilik yoxdur və müstəqillik verilməkdən söhbət getmir. Mərkəzi Bankın müstəqilliyi 1993-cü ildən var. Qanuna dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ilin noyabrında maliyyə bazarlarına nəzarət palatası ləğv olundu və palatanın səlahiyyətləri Mərkəzi Banka verildi. Yəni qərar birbaşa Mərkəzi Bankın səlahiyyətləri ilə bağlıdır. Bu səlahiyyətlər bank, sığorta və qiymətli kağızlar bazarına nəzarətdən ibarətdir. 2019-cu ilin noyabrında Prezident bununla bağlı tapşırıq verdi və Mərkəzi Banka tapşırdı ki, bir ay ərzində bütün aidiyyatı qanunlara dəyişikliklər edilsin. 3,6 ildən sonra bu dəyişiklikər indi qəbul olunur. Bu da əslində onu təstiq edir ki, 3,6 il Mərkəzi Bankın fəaliyyəti qanunsuz idi. Yəni, lisenziya, ləğvetmə, banklara və sığorta şirkətlərinə nəzarət hamısı qanunsuz imiş. İndi isə bütün bunlar sadəcə qanuna salınıb”, - ekspert bildirib.
 
Dəyişikliyə əsasən Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcək.
 
Eyni zamanda İdarə Heyəti hüquqi şəxslərin yaradılması və (və ya) onlarda iştirak və sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edəcək, məşvərətçi daxili komitələr yaradacaq və onların əsasnamələrini təsdiq edəcək, fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu digər ticarət sistemini müəyyən edəcək.
 
Eltac Nurullazadə


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol