• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərlotereya” ötən il 54.7 milyon vergi ödəyib

“Azərlotereya” ötən il 54.7 milyon vergi ödəyib
07.06.2023 15:33
2022-ci ildə "Azərlotereya” ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 487 faiz artaraq 258,2 milyon manat təşkil edib.
 
Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2021-ci illə müqayisədə 642 faiz artıb.

Bununla yanaşı, şirkətin ümumi mənfəəti 225 faiz artaraq 20,9 milyon manatdan 67,8 milyon manata yüksəlib, xalis mənfəəti isə 442 faiz artaraq 41,1 milyon manata çatıb.

2022-ci il ərzində şirkət 16,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 6,7 milyon manatdan 23,5 milyon manata yüksəldib. O cümlədən, "Azərlotereya” ASC-nin 2022-ci ilin sonu cəmi aktivləri 87,7 milyon manat təşkil edib. Şirkətin 2021-ci ilin sonunda cəmi aktivləri 31,9 milyon manat olub.

"Azərlotereya” ASC-nin cəmi kapitalı 63 faiz artaraq, 15,8 milyon manata çatıb.

"Azərlotereya” ASC-nin 2022-ci il hesabat dövrünə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 54.7 milyon manat təşkil edib. 2021-ci ildə mənfəət vergisi ödəyicisi olaraq büdcəyə 5.1 milyon manat mənfəət vergisi ödəmişdir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol