• $
  • €
  • ₽
  • ₺
  • £

Brüsseldə Azərbaycanın dayanıqlı investisiyaları müzakirə olunub

Brüsseldə Azərbaycanın dayanıqlı investisiyaları müzakirə olunub
07.06.2023 23:49
Belçikadakı səfirliyimizin dəstəyi və "Sustainable Value Hub” QHT-sinin təşkilatçılığı ilə Brüsseldə, Avropa İttifaqının "Yaşıl həftə 2023” və Ümumdünya Ətraf Mühit Günü çərçivəsində "Azərbaycanda dayanıqlı investisiyalar: Əməkdaşlıq və İnkişaf üçün yolların qurulması” adlı panel müzakirəsi təşkil olunub.
"TRT World” televiziyasının əməkdaşı Maria Ramosun aparıcılığı və strateji kommunikasiyalar üzrə ekspert Klaus Jurgensin moderatorluğu ilə keçirilən tədbir Azərbaycanda dayanıqlı investisiyaların, layihələrin və təşəbbüslərin uğurlu nümunələrini nümayiş etdirmək, çağırışları və həll yollarını nəzərdən keçirmək və tərəfdaşlıq modellərini araşdırmaq məqsədi daşıyıb.

Səfir Vaqif Sadıqov Azərbaycanın dayanıqlılığı və iqtisadi rifahı təmin etmək üçün yeni strategiyalar və təşəbbüslər tətbiq etdiyini bildirib, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərinə əməl etməyin Azərbaycanın milli siyasətinin tərkib hissəsi olduğunu qeyd edib, Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Hesabatında Dayanıqlı İnkişaf Məqsədləri İndeksi üzrə 163 ölkə arasında 50-ci yerdə qərarlaşdığını vurğulayaraq, bu artım tempini qoruyan ölkəmizin pandemiya və müharibədən sonrakı dövr üçün 2021-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyasını həyata keçirdiyini söyləyib.

Daha sonra, tədbirin əsas çıxışçısı qismində Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğunun müşaviri Henrik Hololei Azərbaycanda turizm və insanları birləşdirən investisiyalar üçün də böyük potensialın olduğunu, Aİ ilə Azərbaycan arasında hava nəqliyyatı sazişinin Azərbaycana uçuş imkanlarını əhəmiyyətli dərəcədə açaraq, turizm imkanlarını xeyli artıracağını qeyd edib.
 
Bundan əlavə, o, Azərbaycanın coğrafi mövqeyinə görə Asiyadan Avropaya istənilən transxəzər marşrutunda olduğunu bildirib, enerji və rəqəmsal əlaqənin əhəmiyyətinə toxunaraq, 10 il əvvəl ilə müqayisədə indiki geosiyasi və iqtisadi kontekstin Asiyadan Avropaya Rusiyadan yan keçən marşrutları ön plana çıxardığını və Orta Dəhlizin bir sıra problemlərin həllindən sonra dayanıqlı investisiyalar üçün çoxlu imkanlar yaradacağını vurğulayıb.

Ardınca panel müzakirə başlanıb və burada "Wind Europe” assosiasiyasının baş siyasət direktoru Pierre Tardieu, "Trocadero Forum” İnstitutunun təsisçisi və prezidenti Ellen Vasylina, səfirliyimizin birinci katibi Elşən Abduləzimov və Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin (CeSPI) elmi direktoru Valeria Giannotta çıxış ediblər.

Sonda çıxışçılar tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Tədbirdə Avropa İttifaqı qurumlarının, Brüsseldəki diplomatik korpusun, elm və akademik dairələrin və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol