• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti azalıb

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti azalıb
08.06.2023 16:58
2023-cü ilin birinci rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 3 milyard 376,2 milyon dollar və ya ÜDM-in 18,9%-ni təşkil edib. Bu barədə Mərkəzi Bank məlumat yayıb. 

2022-ci ilin yanvar-martında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 3 milyard 952,8 milyon ABŞ dolları təşkil edib.Belə ki, 2023-cü ilin birinci rübündə profisit 14,6% azalıb.

Mərkəzi Bankın saytında dərc olunan tədiyə balansı məlumatlarına əsasən, neft-qaz sektorunda profisit 5 milyard 63,2 milyon dollar (azalma 7,6%), qeyri-neft-qaz sektorunda isə kəsir  1 milyard 687 milyon dollara (artım 10,3%) çatıb.

2023-cü ilin yanvar-martında neftin orta qiyməti 2022-ci ilin birinci rübündəki 86,5 dollar/barelə qarşı 85,2 dollar/barel olub.

Mərkəzi Bankın məlumatına görə, yanvar-martda xarici ticarət dövriyyəsinin həcmi 12,3 milyard dollar təşkil edib və Azərbaycanın xarici ticarətində 4,7 milyard dollar (azalma 13,3%) müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsinin həcminin 12,1%-i MDB ölkələrinin, 87,9%-i isə qeyri-MDB ölkələrinin payına düşüb.

Həcmi 8 milyard 483,8 milyon dollar (artım 4,4 faiz) təşkil edən ixracın strukturunda neft və qaz ixracı 7,6 milyard dollar (artım 2,3 faiz) təşkil edib. Eyni zamanda, neftin birbaşa ixracı 4,2 milyard dollar, qazın ixracı 3,2 milyard dollar, neft məhsullarının ixracı isə 0,2 milyard dollar təşkil edib.

Həcmi 3 milyard 763,1 milyon dollar (artım 40,6%) olan idxalın strukturunda 1 milyard 538,1 milyon dolları istehlak malları (534,1 milyon dolları ərzaq məhsulları daxil olmaqla) təşkil edib. Hesabat dövründə Azərbaycana avadanlıq və xüsusi malların idxalı 129,4 milyon dollar (artım 3,4 faiz) və ya ümumi idxalın 4,3 faizini təşkil edib.

2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti rekord həddə - 23 milyard 478,1 milyon dollar (2021-ci il üçün göstəricidən +2,8 dəfə) və ya ÜDM-in 23,5%-ni təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol