• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva Şahin Mustafayevlə Mher Qriqoryan arasında danışıqların yekunlarına dair

Moskva Şahin Mustafayevlə Mher Qriqoryan arasında danışıqların yekunlarına dair
09.06.2023 15:37
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda kommunikasiyaların bloklanması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edib.

Overçukun erməni mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib.

"Onların nəticələrinə görə, əsas məqamlar - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var. Adi bir dəmir yolu olacaq. Heç kim Ermənistanın suverenliyinə şübhə etmir”, - Overçuk bildirib.

Rusiya Federasiyası baş nazirinin müavini qeyd edib ki, bütün tərəflər dəmir yolunun  "erkən işə salınmasına” hazırdırlar. O, həmçinin qeyd edib ki, bu görüş nəticəsində dəmir yolunun hansı məntəqələrdən keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılıq əldə olunub.

FSB əməkdaşlarının nəzarət və təhlükəsizlik baxımından mümkün iştirakının müzakirə edilib-edilməməsi ilə bağlı aydınlaşdırıcı suala Overçuk cavab olaraq deyib ki,  "bu, Ermənistan Respublikasından asılıdır”.

İyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə regionda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun iclası keçirilib.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol