• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı qanun qəbul edib

Milli Məclis Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı qanun qəbul edib
09.06.2023 16:54
İyunun 8-də Azərbaycan Milli Məclisi "Azərbaycan Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair" Sazişi təsdiq edib.

Saziş dövlətlərin ərazilərindən keçməklə malların maneəsiz və sürətli beynəlxalq daşınmasını asanlaşdırmaq, yük daşımaları üçün vaxtı azaltmaq məqsədi daşıyır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sənədin qəbulu Azərbaycanın geosiyasi mövqeyini tamam başqa səviyyəyə yüksəldəcək.

"Bu layihə üç ölkə arasında yalnız ilk addımdır. Yaxın gələcəkdə Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulmasının şahidi olacağıq", deyə o qeyd edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, sənədin qəbulu nəticəsində gömük nəzarətinə sərf olunan müddət azaldılacaq, ilkin elektron məlumat mübadiləsi sistemlərindən istifadə etməklə prosedurlar sadələşdiriləcək, sürətli daşınması tələb olunan mallara xüsusi diqqət ayrılacaq. 

"Bütün məsələlərin tənzimlənməsi üçün üçtərəfli əməkdaşlıq komissiyasının yaradılması planlaşdırılır. Sazişin depozitarisi Türkiyədir. Saziş qeyri-müəyyən müddətə bağlanır, yəni bütün sənədlər Türkiyədə saxlanılacaq", deyə o qeyd edib.

Sazişin icrası üzrə səlahiyyətli orqanlar Azərbaycanda Dövlət Gömrük Komitəsi, Türkiyədə Ticarət Nazirliyi, Gürcüstanda isə Gəlirlər Xidmətidir.

2022-ci ildə BTQ ilə 432 284 ton, 2017-2022-ci illərdə isə 1 347 585 ton yük daşınıb. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol