• $
  • €
  • ₽
  • ₺
  • £

Bugünədək əkin sahələrindən yığılan arpa və buğdanın həcmi açıqlanıb

Bugünədək əkin sahələrindən yığılan arpa və buğdanın həcmi açıqlanıb
12.06.2023 13:45
Bugünədək əkin sahələrdən 370541 ton arpa, 24237 ton buğda yığılıb. Bu barədə Kənd təsərüffatı nazirliyindən məlumat verilib.
 
Bildirilir ki, arpa sahələrinin təxminən 33 faizində biçin başa çatıb, buğda sahələrində isə biçinə yeni start verilib. 

Biçin prosesinin ilk başladığı rayonlardan olan Sabirabadda 7222 hektar sahədə biçin aparılıb, sahələrdən 28205 ton məhsul yığılıb.
 
Hazırda rayonda gedən biçin prosesinə 78 kombayn cəlb olunub. Bunlardan 34 kombayn "Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, "Aqroservis” tərəfindən digər rayon bölmələrindən Sabirabada 5 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 39 özəl kombayn da cəlb olunub.
 
Hazırda respublikanın 42 rayonunda biçin davam edir. Bu günə qədər 130960 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 13,2 faizində biçin başa çatıb.
 
Bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. 

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı azalaraq 1 milyon 736 min ton təşkil edib. 
 
2023-cü ilin məhsulu üçün 1064,1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 664,0 min hektarını buğda, 400,0 min hektarını arpa və 0,1 min hektarını çovdar təşkil edib. 2022-ci ilin məhsulu üçün 1015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilmişdi ki, bunun da 602,1 min hektarı buğda, 413,6 min hektarı arpa və 0,2 min hektarı çovdar əkinləri idi.
 
Aytac Zeynalova
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol