• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Səudiyyə Ərəbistanından aqrar sahəyə investisiyalar cəlb edə bilər

Azərbaycan Səudiyyə Ərəbistanından aqrar sahəyə investisiyalar cəlb edə bilər
12.06.2023 19:42
Səudiyyə Ərəbistanın Azərbaycanın aqrar sahəsinə investisiyaların cəlb edilməsi məsələləri müzakirə edilib.

Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Azərbaycanda səfərdə olan Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, "Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçirdiyi görüşdə aparılıb.

Azərbaycanın meyvə-tərəvəz məhsullarının Səudiyyə Ərəbistanı bazarına ixracı imkanlarını dəyərləndirən iştirakçılar bildiriblər ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.

M. Məmmədov Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Görüşdə Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə innovativ yeniliklər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanlarını dəyərləndirən tərəflər kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi məsələlərinə toxunublar.

Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd ediblər.
Xatırladaq ki, görüşdə həmçinin kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Orxan Məmmədov iştirak ediblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol