• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yükdaşımalar artıb

Azərbaycanda yükdaşımalar artıb
19.06.2023 15:24
2023-cü ilin yanvar-mayında Azərbaycanda bütün növ avtonəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 90 milyon 934,9 min ton təşkil edib ki, bu da 2022-ci ilin 5 ayı ilə müqayisədə 6,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Yük daşımalarının strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payı 76,5 faiz, dövlət bölməsinin payı 23,5 faiz təşkil edib. 2023-cü ilin yanvar-mayında  qeyri-dövlət nəqliyyat müəssisələrindən yükdaşımaların həcmi 5,3 faiz artıb.

Dəmir yolu nəqliyyatı ilə 7 milyon 586,4 min ton (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2022-ci ilin yanvar-mayı ilə müqayisədə 8,8% çoxdur.

Dəniz nəqliyyatı ilə 3 milyon 575,8 min ton (artım 25,3 faiz), avtomobil nəqliyyatı ilə 50 milyon 508,3 min ton (artım 5 faiz), hava nəqliyyatı ilə 117,5 min ton (azalma 45,2 faiz) müxtəlif yüklər daşınıb. Hesabat dövründə daxili neft kəmərləri ilə 16 milyon 261,3 min ton neft (artım 10,1%) nəql olunub.

Daşıma həcminin qalan hissəsi magistral qaz kəmərlərinin payına düşüb.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol