• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Polşa enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Polşa enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
19.06.2023 19:06
Azərbaycanla Polşa arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Bu barədə  Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, energetika naziri Pərviz Şahbazov ilə "PKN Orlen” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Daniel Obaytek arasında görüş olub.

Görüşdə "PKN Orlen” Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, xam neftin tədarükü üzrə SOCAR ilə mövcud əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. "PKN Orlen” Şirkətlər Qrupunun Azərbaycan ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa marağı ifadə edilib.

Söhbət zamanı Azərbaycanın Avropaya qaz tədarükünün artırılması, həmçinin "yaşıl enerji”nin yeni infrastrukturlarla nəqli üzrə Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələri, həmçinin həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib. Polşa şirkətləri ilə əməkdaşlıq üçün perspektiv istiqamətlər diqqətə çatdırılıb və Azərbaycanın enerji sahəsində əlaqələrin inkişafına dəstək verməyə hazır olduğu qeyd edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol