• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Macarıstana qaz nəqlinin başlanması ilə bağlı Azərbaycanla çox uğurlu danışıqlar aparmışıq

Nazir: Macarıstana qaz nəqlinin başlanması ilə bağlı Azərbaycanla çox uğurlu danışıqlar aparmışıq
19.06.2023 21:15
Azərbaycandan Macarıstana qaz nəqlinin başlanması ilə bağlı Azərbaycanla çox uğurlu danışıqlar aparmışıq, müqavilə imzalamışıq, ancaq Cənub-Şərqi Avropadakı infrastruktur problemlərinə görə, bu reallaşdırıla bilinmir.

Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib.

O, Macarıstanın təbii qaz və neft baxımından təbii sərvətlərinin olmadığını, bu baxımdan idxaldan asılı olduqlarını qeyd edib.

"Hamı başa düşməlidir ki, enerji təchizatı məsələsi siyasi məsələ deyil, siyasi seçimlərlə hər hansı bir əlaqəsi yoxdur. Bu fiziki reallıq məsələsidir. Qaz borularla ötürüldüyü müddətcə biz infrastrukturdan asılıyıq. Biz bu məsələni Avropa İttifaqı ilə müzakirə edərək, onlardan infrastrukturun yaxşılaşdırılması üçün fond dəstəyi istəsək də, bu tələblərimiz cavabsız qaldı",- deyə nazir qeyd edib.

O, Rumıniya, Bolqarıstan, Serbiya, Türkiyə və digər qonşu ölkələrlə bir araya gələrək mövcud infrastruktur porblemlərinin həllinə, bununla da Azərbaycan qazının Macarıstana tezliklə çatdırılacağına ümid etdiyini deyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol