• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ildə neft və qazın nəqlindən əldə olunan gəlir açıqlanıb

2022-ci ildə neft və qazın nəqlindən əldə olunan gəlir açıqlanıb
20.06.2023 10:35
2022-ci ildə Azərbaycan ərazisi ilə qaz və neftin nəqlindən əldə edilən gəlirlər 4,2 milyon ABŞ dolları və yaxud 7,2 milyon manat təşkil edib. Bu barədə Hesablama Palatasının "Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilib.

Bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,8 milyon manat) nisbətən 14,6 milyon manat və yaxud 66,9 % az icra olunub, 2021-ci ilə nisbətən (21,4 milyon manat) bu gəlir maddəsinin icrasında 14,2 milyon manat və yaxud 8,3 milyon ABŞ dolları azalma qeydə alınıb.

2022-ci ildə isə proqnozlaşdırılan neft nəqli 30,9 milyon barel olsa da, hesabat ilində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə faktiki olaraq 7,2 milyon barel neft nəql edilib.

Neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynadakı vəziyyət və Qara dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) üzrə daşınmaların dayandırılması olub.
 
Ötən il Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,4 milyard kubmetri "Azəri-Çıraq-Günəşli”dən, 25,2 milyard kubmetri "Şahdəniz”dən, 8,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilə nisbətən 6,5 faiz, yəni 2,9 milyard kubmetr artımla qaz hasil edilib.
 

"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli”dən 203,4 milyard kubmetr, "Şahdəniz”dən isə 182,8 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 128 milyard kubmetrə yaxın həcmi ixraca nəql olunub.

"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək 607 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli”dən 567 milyon ton neft, "Şahdəniz”dən isə 40 milyon ton kondensat çıxarılıb. Bundan 1 yanvar 2023-cü il tarixinədək 605 milyon tondan çox ixraca nəql edilib.

2022-ci il ərzində ölkədə neftin emalı 6,2 milyon ton təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol