• $
  • €
  • ₽
  • ₺
  • £

İyunda Rusiya neftinin Çinə tədarükü azalıb

İyunda Rusiya neftinin Çinə tədarükü azalıb
20.06.2023 22:36
İyunda Rusiyadan Çinə neft tədarükləri iki dəfədən çox azalıb. Bu barədə Reuters treyderlərə istinadən xəbər verib.

Qeyd olunur ki, mayda analoji dövr üçün tədarüklər 0,67 milyon ton, iyunda isə cəmi 0,26 milyon ton təşkil edib.

Neft treyderlərindən birinin sözlərinə görə, tələbin azalmasına səbəb İran neftinə olan endirimlər olub.

Daha əvvəl Avropa Statistika Agentliyi Eurostat məlumat vermişdi ki, martda Rusiya nefti və neft məhsullarının Avropa İttifaqına idxalı 2019-2022-ci illərin orta aylıq səviyyəsi (15,2 milyon ton) ilə müqayisədə 1,4 milyon tona qədər azalıb.

Eurostat ekspertlərinin fikrincə, Rusiya neftinin idxalının azalmasına səbəb Aİ-nin Rusiya Federasiyasına qarşı 2022-ci ilin iyununda qəbul edilmiş altıncı sanksiyalar paketi olub. 2022-ci il dekabrın 5-dən Aİ Rusiya tanker neftinin alınmasını, 2023-cü il fevralın 5-dən isə Rusiya neft məhsullarının idxalını qadağan edib.

2023-cü ilin martında xam neftin ümumi idxalı 1,17 milyon ton, neft məhsulları isə 0,3 milyon ton təşkil edib.
 
Gülnar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol