• $
  • €
  • ₽
  • ₺
  • £

SOFAZ-ın Londondakı daşınmaz əmlakı bahalaşıb, Moskvadakı isə ucuzlaşıb

SOFAZ-ın Londondakı daşınmaz əmlakı bahalaşıb, Moskvadakı isə ucuzlaşıb
25.06.2023 21:22
Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Londondakı əmlakının 2022-ci ildə yenidən qiymətləndirmədən sonra investisiya dəyəri 10,9% artaraq 193,5 milyon funt sterlinq təşkil edib. Bu barədə SOFAZ-ın 2022-ci il üzrə illik hesabatında deyilir.

Məlumata görə, SOFAZ-ın Parisdəki daşınmaz əmlakının investisiya dəyəri son bir ildə yenidən qiymətləndirmədən sonra 197 milyon 773,087 min avro təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4% azdır.

Moskvada fonda məxsus daşınmaz əmlak isə ötən il  15,1% ucuzlaşaraq  2,681 milyard rubl təşkil edib.

İl ərzində SOFAZ-ın Tokiodakı daşınmaz əmlakında cüzi artım qeydə alınıb. Belə ki, əmlakın qiyməti  0,2% artaraq 56,9 milyard yapon yeninə (təxminən 400 milyon dollar) bərabər olub. 

Ümumilikdə London, Paris, Moskva və Tokioda yerləşən dörd əmlak SOFAZ-ın daşınmaz əmlak portfelinin 21%-ni təşkil edir. Bu əmlak 3,1 milyard dollar dəyərində qiymətləndirilir.

SOFAZ-dan  verilən məlumata görə, 2022-ci ildə fondun daşınmaz əmlakın satın alınmasına birbaşa investisiyalarından gəlirliliyi 9,2% təşkil edib.

Ümumilikdə, SOFAZ-ın daşınmaz əmlaka yatırdığı investisiyaların orta illik gəliri 6,8% həcmində qiymətləndirilir, bu investisiyalardan fondun birbaşa gəliri 1,3 milyard dollar təşkil edib. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol