• $
  • €
  • ₽
  • ₺
  • £

BP SOFAZ-a $182 milyon bonus ödəyib

BP SOFAZ-a $182 milyon  bonus ödəyib
25.06.2023 21:32
2022-ci ildə xarici şirkətlər tərəfindən Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) neft-qaz layihələrinin icrası ilə bağlı 452,2 milyon dollar və ya 768,7 milyon manat məbləğində bonuslar ödənilib.  Bu barədə fondun 2022-ci il üzrə dərc olunmuş illik hesabatında bildirilib. 

Hesabata əsasən, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları 2022-ci ildə 449,99 milyon dollar (764,98 milyon manat) bonus ödəyiblər.

Eyni zamanda BP 182,25 milyon dollar (309,82 milyon manat), MOL Azerbaijan Ltd. - 57,41 milyon dollar (97,6 milyon manat), Inpex Southwest Caspian Sea Ltd. - 55,84 milyon dollar (94,93 milyon manat), Equinor - 43,61 milyon dollar (74,14 milyon manat), Exxon Azerbaijan Limited - 40,75 milyon dollar (69,27 milyon manat), TPAO - 34,38 milyon dollar (58,44 milyon manat), Itochu Oil Exploration (Azerbaijan) Inc. - 21,89 milyon dollar (37,22 milyon manat), ONGC Videsh Limited - 13,86 milyon dollar (23,56 milyon) bonus ödəyib.

2022-ci ildə Şahdəniz layihəsinin səhmdarlarından SOFAZ-a bonus ayırmaları 0,17 milyon dollar (0,31 milyon manat) təşkil edib.

Neftçala, Xıllı, Durovdağ-Babazan və Muğan monoklinalının cənub-qərb qanadının qurudakı yataqlarının işlənməsi ilə məşğul olan Neftçala Operating Company Ltd əməliyyat şirkəti fonda  bonus olaraq 2 milyon ABŞ dolları (3,4 milyon manat) ödəyib..

1999-cu ilin dekabrında yaradılmış Azərbaycan Neft Fondunda neft kontraktlarının icrasından, daxil olan vəsaitlər akkumilyasiya edilir. 

"Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu yatağının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. .

Neftçala Operating Company Ltd Virgin Adalarında qeydiyyatdan keçmiş Neftchala Investment Limited (NIL) tərəfindən təsis edilib.

2009-cü il fevralın 3-də Bakıda SOCAR ilə Neftçala İnvestment Limited (NIL) arasında Neftçala, Xıllı, Durovdağ-Babazan və Muğan monoklinalının cənub-qərb qanadının qurudakı yataqlarından hasilatın kəşfiyyatı, bərpası, işlənməsi və pay bölgüsünə dair müqavilə imzalanıb.  Bu müqavilədə SOCAR 20%, NIL - 80% (layihə operatoru) paya sahibdir. Müqavilə daha 5 il müddətinə uzadılmaq imkanı ilə 25 il müddətinə imzalanıb.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol