• $
  • €
  • ₽
  • ₺
  • £

Neft fondu portfelində sabit gəlirli qiymətli kağızların payını azaltmaq istəyir

Neft fondu portfelində sabit gəlirli qiymətli kağızların payını  azaltmaq istəyir
25.06.2023 21:57
Azərbaycan Dövlət Neft Fondu  investisiya portfelinin strukturunda sabit gəlirli qiymətli kağızların payını 50%-ə azaltmaq niyyətindədir. Bu barədə fond məlumat yayıb.

Fondun 2022-ci il üzrə illik hesabatına əsasən, 2022-ci ilin sonuna investisiya portfelinin strukturunda sabit gəlirli qiymətli kağızların payı 62,1% (30 milyard 429 milyon dollar) təşkil edir.

Eyni zamanda, neft fondu investisiya portfelinin strukturunda səhmlərin, daşınmaz əmlakın və qızılın payını artırmağı planlaşdırır.

O cümlədən, fond səhmlərin payını 25%-ə (2022-ci ilin sonunda ümumi investisiya portfelində səhmlərin payı 19,6% və ya 9 milyard 609 milyon dollar təşkil edib), daşınmaz əmlakı 10%-ə çatdırmağı hədəfləyir ( 2022-ci ilin sonunda - 6,2% və ya 3 milyard 50 milyon dollar), qızıl - 15%-ə qədər (12,1% və ya 5 milyard 944 milyon dollar).

2022-ci ilin sonuna fondun investisiya portfeli 49 milyard 33 milyon dollar təşkil edib.

1999-cu ilin dekabrında yaradılmış Azərbaycan Neft Fondunda neft kontraktlarının icrasından  ölkəyə daxil olan gəlirlər yığılır. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol