• $
  • €
  • ₽
  • ₺
  • £

İndi Unibankın bütün bankomatları təmassız (NFC) texnologiyanı dəstəkləyir

İndi Unibankın bütün bankomatları təmassız (NFC) texnologiyanı dəstəkləyir
25.06.2023 10:55
İndi Unibank bankomatlarında Unibank kartlarınızdan nağdlaşdırma etmək və ya karta mədaxil üçün kartı UTM-ə daxil etməyə ehtiyac yoxdur. Bütün UTM-lərə (bankomatlara) NFC texnologiyası quraşdırıldığından,  karta mədaxil və yaxud pul nağdlaşdırmaq üçün kartınızı bankomatın üzərindəki təmassız ödəniş bölümünə yaxınlaşdırmaq kifayətdir. Çox rahat və vaxtınıza qənaət etdirən NFC texnologiyası, kartınızı bankomatda qalmaq riskindən də qoruyur. Əgər telefonunuzda Apple Pay və Google Pay varsa, kartınız üzərinizdə olmasa belə, Unibank bankomatlarından nağdlaşdırma edə bilərsiniz.
UTM-lərdə NFC texnologiyasının tətbiqi Unibank müştərisinə hansı üstünlükləri verir:
Kartı bankomata daxil etməyə ehtiyac qalmır;

Bu texnologiyanın köməyi ilə mədaxil-məxaric əməliyyatları daha qısa müddətə həyata keçir;

Kart olmadan belə, telefonunuz vasitəsi ilə (Apple Pay və Google Pay varsa) bankomatdan nağdlaşdırma edə bilirsiniz.

Unibank bankomat sayına görə ölkə bankları siyahısında ilk üçlüyə daxildir. Hazırda bankın paytaxt və bölgələri əhatə edən bankomatlarının sayı 140-a yaxındır və hamısı NFC texnologiyalıdır. Bununla da, Unibank ölkə bankları içərisində bütün bankomatlarında NFC quraşdırılmış böyük şəbəkəyə sahib olub. 
Qeyd edək ki, "Sənin Bankın” konsepsiyası çərçivəsində xeyli vaxtdır ki, Unibank ATM-ləri çoxfunksiyalı UTM-lərə çevrilib.  UTM-lər ənənəvi bankomatlardan fərqli olaraq, təkcə mədaxil-məxaric imkanları ilə məhdudlaşmır. Toplu mədaxilin mümkünlüyü ilə seçilən UTM-lər,  UCard sahibləri üçün həm də bir sıra bank funksiyalarını da həyata keçirir. İlin sonunadək UTM sayının bir qədər də artırılması nəzərdə tutulur. 

Unibank- Sənin Bankın!



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol