• $
  • €
  • ₽
  • ₺
  • £

500 qız artıq cüdoya başladı!

500 qız artıq cüdoya başladı!
27.06.2023 19:58
"Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda elan etdiyi "Qızlara ağ yaraşır” sosial kampaniyası qızları idmana həvəsləndirməyə davam edir

"Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda 12 iyun tarixindən etibarən həyata keçirdiyi "Qızlara ağ yaraşır” sosial kampaniyası artıq öz töhfəsini verir. Belə ki, qısa müddət ərzində Azərbaycanın bir çox bölgələrindən 500-ə yaxın qız cüdo idman növünə yazılıb. 

İdmanın, mübarizliyin və özünə inamın təbliğatına yönələn bu sosial layihə qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə həvəsləndirmək məqsədi daşıyır. Eyni zamanda,  sosial layihə həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur.

Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən 7-14 yaş aralığında qızlar Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçə bilərlər. İlk 1000 qız tələbəyə cüdoqi və 1 ay pulsuz məşq hədiyyə olunur.  

Qızları cüdoya yazdırmaq və ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az veb-saytına müraciət etmək olar.

İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır!



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol