• $
  • €
  • ₽
  • ₺
  • £

Qoşulmama Hərəkatı üzvü olan ölkə nümayəndələrinin GÖZLƏNTİLƏRİ

Qoşulmama Hərəkatı üzvü olan ölkə nümayəndələrinin GÖZLƏNTİLƏRİ
05.07.2023 16:21
İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. Toplantıda 120 ölkənin nümayəndələri qatılıb.  
 
Toplantıdan gözləntiləri barədə danışan Monteneqro baş naziri Dritan Abazoviç sözlərinə görə, bu toplantı  Qoşulmama hərəkatının üzvləri arasında iqtisadi əməkdaşlığı artrmağa imkan verir. 

"Bizim müasir olduqca mürəkkəb geosiyasi şəraitdə çox mühüm məsələləri müzakirə etmək imkanımız var. Konfransdan sonra biz Azərbaycan prezidenti ilə görüşmək fürsətindən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında indi çox yüksək səviyyədə olan əlaqələr haqqında birbaşa danışacağıq. Amma gələcəkdə layihə infrastrukturundan başlayaraq turizm, aviareyslərin açılışı, enerji sektorunda və bir çox başqa aspektlərdə əməkdaşlıq perpektivlərimiz var.  Mən bu sektorlarda Azərbaycanla birbaşa əlaqələri inkişaf etdirmək üçün böyük imkanlar görürəm”, - Monteneqronun baş naziri Dritan Abazoviç bildirib.  
 

Tunisin sabiq xarici işlər naziri Taib Bakuş də bu tədbirin təşkilat üzvü olan ölkələr arasında  dostluğu və qarşılıqlı dəstəyi möhkəmləndirmək üçün yaxşı  fürsət olduğunu deyib. 

"Azərbaycanın bu tədbiri keçirməsi yaxşı haldır və bu, dostluğu və qarşılıqlı dəstəyi möhkəmləndirmək üçün bir fürsətdir. Belə bir tədbir, şübhəsiz ki, bu gün dünyanın üzləşdiyi çağırışların öhdəsindən gəlmək üçün üzvlər arasında əməkdaşlığa və inteqrasiyaya təkan verəcək. Mən cənab Prezidentin çıxışını çox diqqətlə dinlədim və onun cümlələrini çox cəlbedici və çox konstruktiv hesab etdim. Cənab Prezident xüsusilə müstəmləkəçilikdən və müstəmləkəçiliyin nələr etdiyindən danışdı və bu kolonialist  ölkələrdən xahiş etdi ki, onlar əməllərini boyunlarına alsınlar”, -  Bakuş vurğulayıb. 
 


Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi (FLNKS) hərəkatının BMT-dəki nümayəndəsi Maqali Tinqal-Lemen Bakıya Yeni Kaledoniya xalqının haqq sözünü beynəlxalq ictimaiyyətə çatdırmaq üçün gəldiyini deyir. 
 


"Mən bu səhər verdiyi bəyanata görə Yeni Kaledoniya xalqı adından Azərbaycan prezidentinə təşəkkür etmək istəyirəm. Fransa həqiqətə uyğun olmayan mövqe sərgiləyir.  Bu günlərdə Yeni Kaledoniyada 12 dekabr 2021-ci ildə keçirilən üçüncü referandumla bağlı çox böyük problemlə üzləşirik. Biz səlahiyyətlilərə zəng etdik, iştirak etməməyə çağırırıq. Deməli, əhalinin 57%-i bu referandumda iştirak etməyib. Azərbaycan prezidentinin dediyi kimi, bu, kinli münasibətdir. Deməli, biz mübarizə aparmaq və haqqımızı tələb edirik. Bunu Beynəlxalq Ədliyyə Məhkəməsinə çatdırmaq istəyirik ki, haqqımızı izah etsinlər. İndi müstəmləkəçiliyin yeni forması səbəbindən yeni təzyiqlər var. Bu tədbirin beynəlxalq səviyyədə səslənməsi bizim üçün çox vacibdir. Ona görə buradayıq. Bizim üçün eşidilmək və tanınmağımız çox vacibdir”, - Maqali Tinqal-Lemen söyləyib.

Rabia Hale Seferoğlu

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol