• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sənaye məhsulu azalıb

Azərbaycanda sənaye məhsulu azalıb
13.07.2023 11:37
2023-cü ilin yanvar-iyununda ölkədə 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın iqtisadi artımının azalmasının səbəbləri çoxdur.

"Problem ondan ibarətdir ki, Azərbaycanda neft hasilatı da kəskin aşağı düşür. Neftin qiyməti də gözləntilərdən daha aşağı oldu. Azərbaycanın ikinci strateji məhsulu olan qazın qiymətlərində keçən il ciddi artım olsa da, artıq aşağı düşməkdədir. Bütün bunlar Azərbaycanda ÜDM-in həcminin və artım tempinin zəifləməsinin əsas səbəbi oldu. Təəssüf ki, qeyri-neft sektoru gözlənilən effekti vermir",- iqtisadçı bildirib.

Bu ilin 6 ayında neft-qaz sektorunda məhsul istehsalı 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17,0 faiz artıb.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol