• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda beynəlxalq avtomobil sərgisi

Bakıda beynəlxalq avtomobil sərgisi
11.03.2014 17:42
Bakıda Azərbaycanın avtomobil həvəskarları üçün nəzərdə tutulmuş Bakı Beynəlxalq Motor Şou (BİMS-2014) sərgisi keçiriləcək.Səginin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, mayın 15-də keçiriləcək Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi, yerli və xarici avtomobil istehsalçıları, habelə avadanlıqları və komplektləşdiricilərinin dünya şöhrətli brendlərinin distribyutor və dillerlərini bir araya gətirəcək. Tədbir həmçinin hakimiyyət orqanlarının nümayəndələri, sənaye müəssisələrinin rəhbər və mütəxəssisləri, bank və sığorta sahələrinin nümayəndələri, avtotəmir və avtoservis sahibləri tərəfindən ziyarət olunacaq. Layihəyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək göstərir. Qeyd edək ki, «BİMS-2014» sərgisində 100-dən artıq şirkətin iştirakı gözlənilir. Bu siyahıda Azərbaycan, Almaniya, Polşa, Rusiya və s. ölkələrin şirkətləri var. Sərgidə üç böyük sektor – avto-moto nəqliyyatı, kommersiya nəqliyyatı və avtomobil hissələri və aksessuarlar təmsil olunacaq. Builki sərgidə dünya şöhrətli şirkətlərin distribyutorları ilə yanaşı, yerli istehsalçı – Naxçıvan Avtomobil Zavodu (NAZ) da iştirak edəcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol