• $
  • €
  • ₽
  • ₺
  • £

İran Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsi aparacaq

İran Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsi aparacaq
16.07.2023 22:30

Tezliklə İran Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsinə başlayacaq.

Bu barədə İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.

Əli Əkbər Mehrabianın sözlərinə görə, Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsi aparmaq daha sadədir.

Mehrabian əlavə edib ki, bir mərhələdə elektrik şəbəkələri sinxronlaşdırılıb. Lakin mühafizə relelərinin bir-biri ilə tənzimlənməsinə ehtiyac var.

İranlı nazir qeyd edib ki, hazırda İranda elektrik istehlakı gün ərzində 72,5 min meqavat saatdır. Bu istehlakın 30 min meqavatı soyuducu vasitələrə aiddir. Beləliklə, İran qış fəslində 30 min meqavata yaxın elektrik ixrac edə bilər.

"İranın elektrik şəbəkəsi Azərbaycan vasitəsi ilə Rusiyaya birləşərsə, İranda elektrik istehlakının pik vaxtının yayda, Rusiyada isə elektrik istehlakının pik vaxtının qışda olduğunu nəzərə alaraq İran yayda Rusiyadan elektrik idxal edə, qışda isə Rusiyaya elektrik ixrac edə bilər”, - deyə o qeyd edib.

Əlavə edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın "Monenko” Şirkəti həyata keçirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol