• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 2023-cü ildə Türkiyəyə qaz ixracını 18% artırıb

Azərbaycan 2023-cü ildə Türkiyəyə qaz ixracını 18% artırıb
27.02.2024 16:28
Azərbaycan 2023-cü ildə "Şahdəniz” yatağından Türkiyəyə 10 milyard 257,22 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 17,8% çoxdur. Bu barədə Türkiyə Enerji Bazarını Tənzimləmə Şurası (EPDK) məlumat verib.  

Şuranın məlumatına görə, 2023-cü ilin dekabrında Azərbaycan qazının Türkiyəyə ixracı 962,02 milyon kubmetr təşkil edib (2022-ci illə müqayisədə +22,64%).. Bu dövrdə Türkiyəyə tədarük edilən bütün qazın 15,9%-i, boru kəməri ilə nəqlinin isə 25,5%-i Azərbaycanın payına düşüb.

Dekabrda Azərbaycan Türkiyəyə qaz tədarükünə görə üçüncü yeri tutub. Birinci yerdə bütün tədarükün 33,4%-ni təşkil edən Rusiya, ikinci yerdə ABŞ (19,4%) qərarlaşıb.

Dekabrda Türkiyəyə tədarük 8 ölkədən (Azərbaycan, İran və Rusiya - boru kəmərləri ilə, ABŞ, Braziliya, Əlcəzair, Fransa, Misir, Rusiya - LNG) həyata keçirilib.

Ümumilikdə dekabrda Türkiyəyə qaz ixracı 6 milyard 63,12 milyon kubmetr (artım 4,38%) təşkil edib. Bununla yanaşı, boru kəməri qazının payı 3 milyard 767,67 milyon kubmetr (bütün tədarükün 62,14 faizi, artım 9,75 faiz), LNG-nin payına 2 milyard 295,45 milyon kubmetr (bütün tədarüklərin 37,86 faizi, azalma) düşüb. 

"Şahdəniz” yatağının işlənməsinin "Mərhələ-1” və "Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir.

 Azərbaycan və Türkiyə 2021-ci ilin üçüncü rübündə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Mərhələ 1-dən 11 milyard kubmetr təbii qazın alqı-satqısına dair yeni saziş imzalayıb. Saziş 2024-cü ilin sonuna qədər (2021-ci ilin dördüncü rübü - 2024-cü il) "Şahdəniz"in 1-ci mərhələsindən hər il 3,7 milyard kubmetr qazın tədarükünü nəzərdə tutur. Müqavilə çərçivəsində tədarüklər 2021-ci il oktyabrın 1-dən başlayıb.

2022-ci ildə Azərbaycan ümumilikdə "Şahdəniz” yatağından Türkiyəyə 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib (2021-ci ilin göstəricisindən 1,3% azalma).

N.Təbrizli .

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol