• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərkosmos"un ixrac gəlirləri azalıb

"Azərkosmos"un ixrac gəlirləri azalıb
29.02.2024 11:28
2023-cü ilin yanvarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik 42 ölkəyə 1,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 % azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı”nın fevral buraxılışında bildirilib.

Hesabat dövründə "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 75 %-ni təşkil edib.

Ötən ay peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 367,3 min ABŞ dolları ilə Böyük Britaniya, 335,3 min ABŞ dolları ilə Lüksemburq, 74,2 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 71 min ABŞ dolları ilə Almaniya və 69,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
 
2022-ci ildə "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 26,6 milyon dollar olub, beləliklə, 2023-cü ildə bu gəlirlərin həcmi 25,6 faiz azalıb.

Eyni zamanda, şirkətin bütün gəlirlərinin 78%-i telekommunikasiya və optik peyk xidmətlərinin ixracından əldə olunub. Hesabat dövründə şirkətin xidmətlərinin əsas həcmi Böyük Britaniya (5,8 milyon dollar), Lüksemburq (4,1 milyon dollar), BƏƏ (1,6 milyon dollar), Almaniya (1 milyon dollar) və Nigeriyadan (724,9 min dollar) gəlib.

2023-cü ilin dekabrında "Azərkosmos” 1,8 milyon dollar dəyərində bu xidmətləri 45 ölkəyə ixrac edib.


"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasında – İF) orbitə buraxılıb.


2014-cü ilin dekabrında "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkəti "Azersky” peykinin "Azərkosmos”a verilməsi haqqında müqavilə imzalayıb. Peyk 2014-cü ilin iyununda orbitə buraxılıb. 2023-cü ilin aprelində "Azersky” peyki planlaşdırılmış vaxtdan bir il əvvəl missiyasını dayandırıb.


2018-ci ilin sentyabrında Azərbaycan Kuru kosmodromundan "Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarıb.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol