• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo App vasitəsilə qaz kartının balansını artır

Yelo App vasitəsilə qaz kartının balansını artır
29.02.2024 13:19
Yelo Bank-ın parlaq mobil tətbiqi öz üstünlüklərini artırmağa davam edir. Artıq Azəriqaz-a məxsus Gallus və Zenner tipli smart kartların balansını Yelo App vasitəsilə artırmaq mümkündür. Bu ödəniş üçün smartfonun NFC funksiyasını dəstəkləməsi mütləqdir.
 
Ödəniş qaydası isə çox sadədir. Yelo App-də ödənişlər menyusunda Kommunal-ı seçib, Azəriqaz Smart Kart pəncərəsinə daxil olmaq lazımdır. Kartı smartfonun alt hissəsinə tutduqda kartda olan məlumatlar ekranda əks olunur. Burada daxil etmək istədiyin məbləği və ödəniş edəcəyin kartı seçərək əməliyyatın yekunlaşması üçün kartı yenidən smartfona yaxınlaşdırmaq lazımdır. Budur, ödəniş həyata keçdir, vəsait isə dərhal kartın balansına oturur. Məlumat üçün bildirək ki, Android smartfonlarda həm Gallus, həm Zenner, iOS sistemli smartfonlarda isə yalnız Gallus kartlarına ödəniş etmək mümkündür.

Yelo App ilə bir sıra kommunal ödənişləri, o cümlədən bank əməliyyatlarını 24/7 həyata keçirmək mümkündür. Bu tətbiqlə banka gəlmədən tam onlayn kredit əldə etmək və ya kart sifariş etmək, hesablar, xərc və gəlirlərə nəzarət etmək, cashback bonuslarını izləmək və hesaba köçürmək mümkündür. Elə indi smartfonunuza Yelo tətbiqini yükləyin və parlaq bank təcrübəsindən zövq alın: https://bit.ly/ylmbltb

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol