• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Kayseri və Bursa şəhərlərinə $170 milyon sərmayə qoyub

SOCAR Kayseri və Bursa  şəhərlərinə $170 milyon sərmayə qoyub
04.03.2024 19:31
SOCAR Türkiyə (SOCAR-ın Türkiyədəki törəməsi ) 2019-2023-cü illərdə Kayseri və Bursa şəhərlərinin qazpaylayıcı şəbəkələrinə 170 milyon dollar sərmayə qoyub. 

"Şirkət qazpaylama sahəsində fəaliyyətə başladığı 2019-cu ildən 2023-cü ilə qədər "Kayseriqaz” və "Bursaqaz” qazpaylayıcı şirkətlərinə 170 milyon ABŞ dolları məbləğində sərmayə yatırılıb.Bu şirkətlər ümumilikdə 1,9 milyon abonentə xidmət göstərir. Eyni zamanda, 1,2 milyon abonenti olan Bursagaz Türkiyənin dördüncü ən böyük qazpaylayıcı şirkətidir”, - İbrahimov Türkiyənin "Axşam” qəzetinə müsahibəsində bildirib.

İbrahimov əlavə edib ki, Bursanın 11 rayonunda SOCAR-ın qaz şəbəkəsi 7561 km-ə çatır. Kayseridə Kayserigaz 700 min abunəçiyə xidmət göstərir və 6675 km şəbəkəyə malikdir.

Bursa və Kayserinin Türkiyənin ən populyar şəhərləri arasında olduğunu qeyd edən İbrahimov, "SOCAR Türkiyə”nin paylayıcı şəbəkələrə intensiv sərmayə qoymağa davam etdiyini və qaz abonentlərinin sayını hər gün artırdığını qeyd edib.

"Yeni investisiyalarımızla abunəçilərimizin sayını artıracağıq. "Kayseriqaz” və "Bursagaz”la birlikdə 2024-cü ilin sonuna qədər qaz şəbəkələrimizin ümumi uzunluğunun 14 770 km-ə çatacağını proqnozlaşdırırıq”.

Bursagaz, Bursanın 11 rayonunda 1 milyondan çox abonenti və 260 işçisi ilə Türkiyənin üçüncü ən böyük qazpaylayıcı şirkətidir. Şirkətin səhmdarları bunlardır: SOCAR (80% səhm) və Chalik Holding (20%).

Qazpaylayıcı şirkəti Kayserigaz 2003-cü ildə fəaliyyətə başlayıb. Şirkətin səhmdarları bunlardır: SOCAR (80% səhm), Chalik Holding (10%) və Kayseri bələdiyyəsi (10%).

2019-cu ilin yanvarında SOCAR Almaniyanın EWE AG şirkətinin Türkiyədəki əməliyyatlarıN.Tnı idarə edən EWE Turkey Holding-i aldığını elan edib. Xüsusilə, sövdələşməyə EWE Turkey Holding və onun beş şirkətinin - Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom-un satın alınması daxildir. Şirkətlərin SOCAR-a qəbulu və təhvil verilməsi 17 iyun 2019-cu il tarixində başa çatıb.
 
N.Təbrizli
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol