• $
  • €
  • ₽
  • ₺
  • £

ABB on nominasiyanın onunda da qalib oldu!

ABB on nominasiyanın onunda da qalib oldu!
05.03.2024 22:41
ABB 2023-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 10 mükafatına layiq görülüb.
 
Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb:
"Korporativ sosial məsuliyyət”, "Maliyyə savadlılığı dəstəkçisi”, "Təhsil dəstəkçisi”, "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”, "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, "Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, "Özünüməşğulluq proqramında iştirak”.
 
"Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”, eləcə də "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyaları üzrə sektorda yeganə nominant məhz ABB olub.
 
ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb. ABB əməkdaşları xüsusilə maliyyə sektorunda data texnologiyalarının tətbiqi ilə bağlı mütəmadi maarifləndirici yazılarla çıxıb ediblər. Universal maliyyə qrupu olan ABB 2023-cü ildə investisiya və sığorta məhsullarını ABB mobile tətbiqi üzərindən hər kəsə əlçatan edib. Bankın ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı yaradan "Faydalı keşbek” layihəsi ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılmasına, rəqəmsal müştəri təcrübələrinin formalaşdırılmasına töhfə verib. ABB ötən il real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlar üçün yeni fürsətlər yaradıb. ABB rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələrində, özünüməşğulluq proqramlarında da fəallıq göstərib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol