• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024”  baş tutacaq
05.04.2024 16:17
May ayının 5-i Heydər Əliyev Fondunun təşəbbüsü, "Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu - 2024” keçiriləcək. Ölkəmizin idman təqviminin mühüm tədbirlərindən biri olan "Bakı Marafonu” minlərlə idmansevəri bir araya gətirəcək. Dövlət Bayrağı Meydanından dairəvi marşrut üzrə 21 kilometrlik yarışda həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən marafon iştirakçıları "Küləyə qalıb gəl”mək uğrunda mübarizə aparacaqlar. 

Yarışa qatılmaq üçün Gənclik Mall, 28 Mall və Dəniz Mall-da quraşdırılmış məntəqələrə müraciət etmək, www.marathon.az saytından onlayn qeydiyyatdan keçmək olar. Tələbələrə qeydiyyat ödənişsizdir. Qeydiyyat üçün son tarix: 25 aprel. 

Qeyd edək ki, "Azercell Telekom” MMC 2017-ci ildən etibarən "Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda "Azercell Telekom” MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol