• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Naxçıvan filialını da yenilədi!

ABB Naxçıvan filialını da yenilədi!
24.05.2024 16:05
ABB böyük iqtisadi potensiala malik Naxçıvan Muxtar Respublikasında da fəaliyyətini genişləndirir və müştərilərə xidmətin keyfiyyətini artırır. Bankın filiallarının transformasiyası layihəsi çərçivəsində ABB-nin Naxçıvan şəhərindəki filialı da yenilənib. Filial şəhərin mərkəzində  - Heydər Əliyev prospekti 13A ünvanında yerləşən yeni binasında xidmətə başlayıb. 

ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılmış binada bizneslərin, eləcə də fərdi müştərilərin universal maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb.

Müştərilər ABB-nin Naxçıvan filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib ki, Bankın Naxçıvan filialı regiondakı cari fəaliyyəti ilə yanaşı, bank sektorunun regional inkişafına da öz töhfəsini verməkdə davam edəcək: "ABB olaraq qabaqcıl təcrübə və imkanlarımızdan istifadə edərək bundan sonra da əhaliyə rahat, əlçatan və keyfiyyətli xidmət göstərəcək, regionda bizneslərin inkişafını dəstəkləyəcəyik”.

Filialın açılışında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi də iştirak edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol