• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mənzillərin qiyməti kəskin artacaq

Bakıda mənzillərin qiyməti kəskin artacaq
10.02.2014 11:18
"Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir". ANS PRESS-in məlumatına görə, bu barədə İqtisadçı ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. Mütəxssisin fikrincə, keçmiş Sovetki adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir:"Evlərin köçürülməsi fondunda yalnız nağd konpensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarına gətirib çıxaracaq.Bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımlarının 2014-ci ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü idə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb. Eyni zamanda, bu artımların sadəcə tələbatın artmasl deyil, bazara dolayı olsa da nəzarət edənlərin süni alətlərdən istifadə etməsi nəticəsində baş verir".Ekspertin fikrincə, paytaxtdan kənar ərazilərdə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir:"Konpensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasa 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Konpensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımları paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır.Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bi il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qisa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemii həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Təbii ki, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı daha ciddi artımlara gətirib çıxaracaq".Vüqar Bayramov qeyd edib ki, artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilir:"Mənzil bazarındakı “dillerlərin” evlərə görə konpensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır amma bazarda qiymət artımları müşahidə edilir.Əslində, Bakınin yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə konpensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsəduyğunudr. Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman, dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə, paytaxtdakı yeniləşmə planlarının məzil bazarına təsirlərini minimumlaşdırır".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol