• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank və BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi imzalayıb

Unibank və BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi imzalayıb
10.10.2025 11:13

Azərbaycanın aparıcı özəl banklarından olan “Unibank” KB və İsveçrənin nüfuzlu “BlueOrchard Finance Ltd.” investisiya idarəetmə şirkəti arasında ümumi məbləği 23 milyon ABŞ dolları olan subordinasiya və senior kredit sazişləri imzalanıb.

Bu vəsaitdən 13 milyon ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və beynəlxalq tənzimləyici standartlara  uyğun olaraq 2-сi kapital kimi tanınacaq.

Yeni kredit sazişi “Unibank”ın kapital mövqeyini daha da gücləndirəcək və bankın strateji hədəflərinə – xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə xidmət edəcək. Bu sahələrdə dayanıqlı maliyyə resurslarına olan tələbatın ödənilməsi  Unibank üçün prioritet istiqamətlərdən biridir.

“Unibank” KB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:

“BlueOrchard-dan subordinasiya krediti cəlb etmək həm ölkəmizə, həm də bankımıza beynəlxalq maliyyə qurumlarının inamını göstərən mühüm göstəricidir. Kapital bazasının möhkəmlənməsi bizə mikro və KOB seqmentlərinə kredit portfelini artırmaq, fərdi sahibkarları və kiçik müəssisələri daha çox dəstəkləmək imkanı verəcək. Bu isə mikro, kiçik və orta sahibkarların kapitala çıxış imkanlarını genişləndirmək istiqamətindəki missiyamızla uyğundur.”

“BlueOrchard Finance Ltd.” şirkətinin Avrasiya üzrə regional direktoru Ketevan Xuskivadze isə qeyd edib:

“Biz Unibank-la əməkdaşlığa başlamaqdan məmnunuq. Unibank real iqtisadiyyatı dəstəkləməyə sadiq olan dinamik maliyyə institutudur. Bu əməliyyat çərçivəsində təqdim olunan maliyyələşdirmə, inkişaf etməkdə olan bazarlarda mikro, kiçik və orta sahibkarlığın kapitala çıxış imkanlarını artırmaq yönündəki missiyamızla tam şəkildə uzlaşır..”

 


“Unibank” KB haqqında

1992-ci ildə təsis olunan “Unibank” KB Azərbaycan bank sektorunun aparıcı özəl maliyyə qurumlarından biridir. Bank fərdi və korporativ müştərilərə geniş çeşiddə məhsul və xidmətlər təqdim edir, xüsusilə mikro, kiçik və orta sahibkarların ehtiyaclarına yönəlmiş həllər təklif edir. Unibank müasir texnologiyaları tətbiq etməklə dayanıqlı inkişaf strategiyasını həyata keçirir və ölkənin iqtisadi tərəqqisinə fəal töhfə verir.
? www.unibank.az

 


“BlueOrchard Finance Ltd.” haqqında

“BlueOrchard” — Schroders Group-un tərkibinə daxil olan, dünyanın aparıcı təsir yönümlü (impact investing) investisiya idarəedicisidir. Şirkət cəmiyyət və ətraf mühit üçün uzunmüddətli müsbət təsir yaratmaqla yanaşı, investorlar üçün sabit gəlirlilik təmin etməyə çalışır.

2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə yaradılan “BlueOrchard”, dünyada mikromaliyyə borc investisiyalarının ilk kommersiya idarəedicisi olub. Bu gün şirkət müxtəlif aktiv sinifləri üzrə investisiya həlləri təqdim edir, milyonlarla sahibkarı inkişaf etməkdə olan bazarlarda kapitalla təmin edir və təsirli investisiyaların əlçatanlığını artırır.

Peşəkar investisiya meneceri və “blended finance” üzrə qabaqcıl təcrübəyə malik tərəfdaş kimi “BlueOrchard” beynəlxalq maliyyə institutları üçün etibarlı əməkdaş sayılır. 2024-cü ilin sonuna olan məlumata əsasən, şirkətin investisiyaları 300 milyondan çox insanın rifahına töhfə verib.
? www.blueorchard.com

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol